Prokurorluğun məlumatına görə, kiber fırıldaqçılıq və dələduzluq
yolu ilə 150 000 ABŞ dolları məbləğində vəsaitin əldə edilməsi
faktlarına görə iki xarici ölkə vətəndaşı və iki hüquqi şəxs
barəsində cinayət işi başlanıb.
“Baş Prokurorluğun apardığı istintaq tədbirləri ilə
müəyyən edilib ki, təqsirləndirilən şəxslər xaricdə yaşayan
şəxslərə məxsus külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə
əldə etmək məqsədilə cinayətkar qrup yaradıblar.
Əvvəlcədən hazırlanmış cinayət planına əsasən, təqsirləndirilən
şəxslər və onların şərikləri özlərini mövcud olmayan beynəlxalq
investisiya şirkətinin nümayəndələri kimi təqdim edərək, uydurma
adlar altında xarici vətəndaşlarla əlaqə saxlayıb, onlarla etimada
girərək, siyahıda olan şirkətlərin səhmlərinin alınması üçün lazım
olan vəsaiti Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı
birjalarından birində öz nəzarəti altında mövcud saxta şirkətlərin
bank hesablarına köçürməyə vadar ediblər.
Bu yolla təqsirləndirilən şəxslər dələduzluq yolu ilə ayrı-ayrı
şəxslərə məxsus külli miqdarda, təxminən 150 min ABŞ dollarını ələ
keçiriblər”, - deyə dövlət ittihamçısı məlumat
yayıb.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.