Qiorqi Papunaşvili Azərbaycanda qala bilər
Gürcüstan millisinin keçmiş üzvü, “Rasinq”, “Verder”, “Saraqosa” kimi komandalarda oynamış Qiorqi Papunaşvili yeni sezona da Azərbaycanda başlaya bilər.

28 yaşlı yarımmüdafiəçinin “Kəpəz”də qalmayacağı dəqiqdir. Belə ki, Gəncə təmsilçisi gürcüyə yeni müqavilədə istədiyi məbləği verə bilməyəcəyini qarşı tərəfə bildirib.

“Zirə”yə keçidi gündəmdə olan Papunaşvili hələ də danışıqlar davam etdirilir. Məsələ burasın
dadır ki, Azərbaycanı avrokuboklarda təmsil edəcək klub da gürcünün istədiyi məbləğin çox olduğunu özünə bildirib. Bu arada Papunaşvili üçün hərəkətə keçən Premyer Liqanın digər klubu isə “Araz-Naxçıvan”dır. Elmar Baxşıyev də onun transfer edilməsini istəyib. Hazırda danışıqlar davam etdirilir və Papunaşvilinin yeni sezona hansı komandada başlayacağı yaxın günlərdə bəlli olacaq.

“Dinamo”(Tbilisi) klubunun yetirməsi olan Qiorqi “Verder”(Bremen), “Saraqosa”, “Rasinq”, “Apollon”(Limassol), “Torpedo”(Kutaisi), “Radniçki”(Niş), “Samtrediya”, “Telavi” komandalarında oynayıb.

Mənbə: apasport.az
Print Email
FaceBook Twitter Google