Gürcüstanda ən çox insan ölümünə səbəb olan 5 xəstəlik
2023-cü ildə Gürcüstanda 42 756 nəfər ölüb ki, bu da 2022-ci ilin göstəricisindən 6 362 vahid (13,0%) azdır. Bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.

Milli Statistika Xidmətinin məlumatına görə, ölüm səbəbləri arasında qan dövranı sistemi xəstəlikləri və şişlər üstünlük təşkil edir, ölənlərin müvafiq olaraq 40 faizini və 11,6 faizini təşkil edir.

Daha dəqiq desək,
2023-cü ildə Gürcüstanda ən çox ölümə səbəb olan 5 xəstəlik bunlardır:
  • • Qan dövranı sistemi xəstəlikləri - 17100;
  • • Klinik və laborator müayinələrlə aşkar edilmiş, digər rubrikalara daxil edilməyən simptomlar, əlamətlər və normadan kənarlaşmalar - 10 355;
  • • Şişlər - 4939;
  • • Tənəffüs sistemi xəstəlikləri - 3 214;
  • • Xəsarətlər, zəhərlənmələr və xarici səbəblərdən bəzi digər nəticələr - 1 794.
Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google