Tbilisidə piyadalar üçün keçid körpülərinin sökülməsinə başlanılıb

Tbilisi meriyası, paytxt miqyasında piyada keçid körpülərinin sökülməsinə başlanılıb.

İşləri İnfrastrukturun İnkişafı üzrə Şəhər Xidməti yerinə yetirir.

Meriyaya əsasən Şəhər Nəqliyyat Xidməti ilə artıq körpülərin söküləcəyi yerlər danışılıb və həmin yerlərdə işıqforla tənzimlənən piyadalar üçün zebra-keçidlər qurulacaq.

Tbilisinin meri Kaxa Kaladzenin sözlərinə görə, o, sökülmə prosesini Şartava küçəsində müşahidə edib, dəmir qurğular piyadalar üçün infrastruktur hazır olan yerlərdə söküləcək.

“Sökülmə belə olacaq ki, sonradan lazım olduğu halda əgər hansısa yerdə zebra keçid düzlətmək mümkün olmazsa körpüdən yenə istifadə edəcəyik” – Kaladze bildirir. Müsahibəni Tbilisi meriyası yayır.

Müəssisəyə əsasən “Metexi2008”-in həyata keçirdiyi piyada keçid körpülərinin sökülmə prosesi 307 805 lariyə başa gəlir və ilin sonuna qədər işlər başa çatacaq.

Tbilisi meri piyada keçid körpülərinin sökülməsini cari ilin yanvarında anons edib. Kaxa Kaladze bildirirdi ki, körpülərə çıxıb-düşmək əlverişli deyil, fiziki imkanları məhdut olan şəxslər üçün uyğunlaşdırma olunmayıb və bəziləri isə ümumiyyətlə istifadə olunmur.

 

 

Print Email
FaceBook Twitter Google