Marneuli Bələdiyyə Məclisinin iclası 30 yanvar tarixində keçiriləcək
Marneuli Bələdiyyə Məclisinin növbəti iclası bazar ertəsi, 30 yanvar tarixində keçiriləcək. Bu barədə Bələdiyyə Məclisinin feysbuk səhifəsində anons paylaşılıb.

Məlumata görə, iclasda beş məsələnin müzakirə edilməsi planlaşdırılır:

1. “Marneuli bələdiyyəsinin 2023-cü il büdcəsinin təsdiqlənməsi haqqında” Marneuli Bələdiyyə Məclisinin 2022-ci il 29 dekabr tarixli 30 saylı sərəncamında dəyişiklik edilməsi.
Məruzəçi, Maia Naveriani, Teona Parciani
2. “Marneuli meriyasında əmək müqaviləsi ilə işlə təmin edilmiş şəxslərin sayı və onların əməkhaqqının miqdarı ilə bağlı razılaşma haqqında” Marneuli Bələdiyyə Məclisinin 2021-ci il 17 mart tarixli 12 saylı sərəncamında dəyişiklik edilməsi haqqında
Məruzəçi. Teona Parciani
3. “Marneuli Bələdiyyə Məclisi Aparatında əmək müqaviləsi ilə işləyən şəxslərin sayı və onların əməkhaqqı miqdarının müəyyən edilməsi haqqında” Marneul Bələdiyyə Məclisinin 2022-ci ilin 26 dekabr tarixli 76 saylı sərəncamında dəyişiklik edilməsi haqqında
Məruzəçi. Teona Parciani
4. Gürcüstan dövlət büdcəsi ilə nəzərdə tutulmuş Gürcüstan Regionlarında Həyata Keçiriləcək Layihələr Fondundan maliyyələşdirilmiş layihələr haqqında
Məruzəçi .Adil Əliyev
5. Sosial məsələlər
Məruzəçi. Zurab Çoniaşvili


Vətəndaşların Bələdiyyə Məclisinin iclasında iştirak etməsi sərbəstdir. Hər bir şəxs iclasda iştirak edə bilər.

Print Email
FaceBook Twitter Google