Aşağı Güləver (Qeta) kəndində “Salam”-ın təşkilatçılığı ilə Novruz bayramı qeyd olunub
21 mart tarixində, Bolnisi bələdiyyəsinin Qeta kəndində (Aşağı Güləver) yerli əhali Novruz bayramını qeyd edib.

Bayramda Xalq Müdafiəçisi və Aparatın əməkdaşları, vətəndaş cəmiyyəti nümayəndələri, mülki fəallar, mühazirəçilər və media təşkilatları qonaq olublar.

Kənddə kiçik tur keçirilib, qonaqlar yerli ehtiyac və problemlərlə tanış olublar.

“Qeyd edək ki, kənd əhalisinin otlaqların olmaması ilə bağlı narahatlığı var. RMG şirkəti tərəfindən həmin ərazidə qiymətli metal tullantıları üçün anbarın tikilməsi planlaşdırılır. Bu onların sosial və iqtisadi firavanlığına təhlükə yaradır və mühitə neqativ təsir göstərir. Yerli əhali ilə Novruz bayramını qeyd etdik. Salam platformasında birləşmiş gənclərin adından yerli əhaliyə və qonaqlara minnətdarlığımızı bildiririk. Hesab edirik ki, məhz bu kimi tədbirlər rəngarəng və həmrəyliklə dolu mühit yaradır. Novruz bayramınız mübarək! Onlara təmiz, perspektivlərlə dolu mühitdə yaşamağı arzu edirik!”
– Salam platforması bildirir.

“Novruz” fars sözüdür. Onun birinci hissəsi, “nov” yeni, ikinci hissəsi, “ruz” isə gün deməkdir. Novruz bayramı yazın gəlişi, bəzi ölkələrdə isə yeni ildir. Bayram süfrəsinə xüsusi diqqət yetirilir. Xüsusilə bu gün üçün üç cür şirniyyat, şəkərbura, qoğal, paxlava bişirilir. Eləcə də yumurtalar qırmızı boyanır və səməni ətrafına düzülür.

21 marta qədər Novruz bayramının dörd çərşənbəsi qeyd olunur. Bu etnik azlıqların kimliyinin bir hissəsidir. Çərşənbə yaşam üçün mühüm olan dörd ünsürlə, su, yel, torpaq və odla əlaqədardır.

Qeyd edək ki, Novruzun qeyd olunma qaydasına “Pələng dərisi geymiş pəhləvanda” da rast gəlinir.

Şəkil: "SALAM" platformasına məxsusdur.

Print Email
FaceBook Twitter Google