Meriya Novruz Bayramında tonqalın yandırılmasına 3200 lari ödəyəcək
Marneuli meriyası Novruz Bayramında ənənəvi tonqal yandırılmasına 3200 lari ödəyəcək.

Tonqalın yandıırlmasını tenderdə qalib gəlmiş şirkət təmin edəcək. Smeta sənədlərinə görə 0,4 kub metr odun 1200 lari, tonqalın yandırılması üçün ayrılmış bambukdan olan, xüsusi yanacaq qabı ilə birlikdə 6 məşəl və məşəl üçün nəzərdə tutulmuş yanacaq maye isə 2000 lariyə başa gələcək.

Novruz Bayramı tədbiri Marneulidə 21 mart tarixində qeyd olunacaq. Tədbirin təşkil olunması üçün 125 000 lari xərclənəcək. Bayramda kulinar masterklasları, idman tədbirləri, teatr nümayişləri və s. olacaq.

“Novruz” fars sözüdür. Onun bir hissəsi “Nov” – yeni, digər hissəsi isə “Ruz” bu gün deməkdir. Novruz Bayramı yazın, bəzi ölkələrdə isə yeni ilin gəlişidir. Bayram süfrəsinə xüsusi diqqət yetirilir - bu gün üçün xüsusi olaraq üç növ şirniyyat hazırlanır: “Şəkərbura”, “Qoğal” və “Paxlava”. Yumurtalar da qırmızı rəngə boyanır və səmənin yanına düzülür.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!

Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google