Marneuli İctimai Kollecində baharın gəlişi ilə əlaqədar olaraq bayram şənliyi keçirildi (FOTO)
Bu gün, 18 mart tarixində Marneuli İctimai Kollecində baharın gəlişi ilə əlaqədar olaraq bayram şənliyi keçirildi. Kollecdə baş tutan tədbirdə Gürcüstan Parlamentinin deputatı Zaur Darğalı, Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov, keçmiş deputat Ruslan Hacıyev, QHT nümayəndələri, tələbələr, müəllimlər, valideynlər və dəvət olunmuş qonaqlar iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru, bələdiyyə məclisinin deputatı Mahir Bayramov qonaqları salamladı və qeyd etdi ki, Novruz bayramı azərbaycanlıların ən önəmli bayramlarından biridir. Buna görə də gənclərin maarifləndirilməsi üçün bu cür tədbirlərin keçirilməsi vacibdir. O, ümid edir ki, gənclər adət ənənələrini gələcək nəslə ötürülməsi üçün əllərindən gələni əsirgəməməlidirlər.

Daha sonra səhnəyə keçəl və kosa çıxdı. Onlar da öz növbəsində tədbir iştirakçılarını salamladılar və qonaqlarla yumurta döyüşdürdülər.

Şənlikdə iştirak edən Gürcüstan Parlamentinin deputatı Zaur Darğalı “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, ənənəvi olaraq hər yerdə Novruz bayramı şənlikləri keçirilir. Onun sözlərinə görə, o, çox şaddır ki, bu cür tədbirlərdə iştirak edir.

“Bu gün Marneuli kollecində Novruz şənliyində iştirak etdim. Mən çox şadam ki, burda gənclər tərəfindən çox rəngarəng proqram hazırlanmışdı. Fürsətdən istifadə edib hər kəsi Novruz bayramı münasibəti ilə təbrik edirəm. Ənənəvi olaraq Marneulidə ayın 21-i böyük bayram şənliyi keçiriləcək. Bütün Marneuliləri və bütün millətimizi bu bayram şənliyinə dəvət edirəm”.

Marneuli İctimai Kollecinin meneceri Ləman Bayramova tədbirdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirdi və qeyd etdi ki, kollecdə hər il Novruz bayramı təntənəli şəkildə keçirilir.

“Bu bayramı qeyd etmək hər birimizin borcudur. Bayramı gələcək nəsillərə əzbər şəkildə öyrətməkdənsə, təntənəli şəkildə keçirmək daha yaxşıdır. Bu formada keçirməklə gənclərin yaddaşında daha yaxşı qalacağını düşünürəm. Qarşıdan gələn bayram münasibəti ilə hər kəsi təbrik edirəm”.

Tədbir konsert proqramı ilə davam etdi. Konsert proqramında “Sarvan” folklor rəqs qrupunun rəqsləri, kollecin tələbələrinin hazırladığı şeir və mahnılar ifa olundu.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!

Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415




Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google