Marneulinin 8 küçəsində kanalların bərpası üçün dördüncü dəfə cəhd göstərilib

Marneulinin 8 küçəsində kanalların bərpası üçün dördüncü dəfə tender elan olunub. Marneuli meriyası ərazisində mövcud olan suvarma kanallarının bərpasını əvvəl 387 655 lariyə nəzərdə tuturdu, ancaq yeni tenderdə vəsait 84 886 lari artırılıb.

İndiki mərhələdə vəsait 472 541 lari təşkil edir.

Tsereteli kəndində (məktəb ərazisində), Marneuli şəhəri, Ağmaşenebeli, Vaja-Pşavela, Lermontov, Yağlıca, Tbilisi, Lağidze, 20 Yanvar küçələrində kanalların bərpası planlaşdırılır.

Marneuli bələdiyyəsinin yerli özünüidarəsi suvarma kanallarının bərpası üçün ilk tenderi 26 oktyabr tarixində elan edib. Tenderdə heç bir şirkət iştirak etməyib. Buna görə, tender baş tutmayıb.

Meriya ikinci tenderi eyni vəsaitlə, 5 dekabr tarixində elan edib. Üçüncü tender isə 15 fevral tarixində elan olunub.

18 mart tarixində elan edilmiş dördüncü tenderdə iştirak etmək istəyənlər 26-29 mart tarixində öz təkliflərini
göndərə bilərlər. Qalib şirkət müqavilə bağlandıqdan sonra 91 gün ərzində işləri meriyaya təhvil verməlidir.

"Marneuli" Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google