Tsereteli-Saimerlo avtobusunu Marneuli-Şaumyan xəttinə keçiriblər
Marneuli bələdiyyəsinin Tsereteli və Saimerlo kəndinə bir neçə gündür avtobus işləmir.

Sakinlərin əksəriyyəti üçün mühüm olan nəqliyyat vasitəsini Marneuli-Şaumyan xəttinə buraxıblar. Bələdiyyə Avtoparkının rəhbəri Qiqa Calağonia bildirir ki, Şaumyana işləyən avtobus sıradan çıxıb və əhali nəqliyyatsız qalıb. Ona görə müvəqqəti olaraq Tsereteli-Saimerlo avtobusu həmin kəndə xidmət göstərir.

Şaumyana işləyən nəqliyyat vasitəsi təmir olunduqdan sonra Tsereteli-Saimerlo kəndinə avtobusun hərəkəti bərpa olunacaq.

“Saimerlo sakinlərinə özəl nəqliyyat da xidmət göstərir, ona görə harada ümumiyyətlə avtobus işləmir, oraya göndərdik, belə çıxış yolu tapdıq. Şaumyan avtobusu yəqin ki, bir həftəyə təmir olunacaq”, – Qiqa Calağonia bildirir.

Marneuli bələdiyyəsinin Saimerlo kəndində özəl şirkət nəqliyyatı illərdir fəaliyyət göstərir. Onların əksəriyyəti sıradan çıxıb. Özəl nəqliyyatla gediş haqqı 70 tetri, bələdiyyə nəqliyyatı ilə 40 tetridir.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google