Erqnetidə İnsidentlərin Qarşısının Alınması və Cavab Mexanizminin
(IPRM) 118-ci iclası keçirilir.
Bugünkü görüşdə gürcü tərəfi qeyri-qanuni “sərhədləşmə” və qanunsuz
saxlanılanların məsələlərini qaldıracaq.
“Bugünkü iclasda biz əvvəlki görüşdən bəri qeydə alınan
bütün insidentləri müzakirə edəcəyik. Bunlar qeyri-qanuni
“sərhədləşdirmə” prosesi və qeyri-qanuni saxlanılmalardır. Qanunsuz
“sərhədləşmə” baxımından Qori və Kareli bələdiyyələrini əhatə edən
əvvəlki görüşdən indiyədək 3 fakt qeydə alınıb. Bu, qeyri-qanuni
qurğuların - naqillərin quraşdırılması və yenilənməsi prosesi idi.
Sözügedən proses işğal altındakı Kareli bələdiyyəsinin Knolevi və
Çolibauri kəndlərinə bitişik ərazidə həyata keçirilib. Qori
bələdiyyəsinə gəlincə, sözügedən proses Zardiantkari kəndi
yaxınlığında müşahidə olunub”, - DTX-nın analitik departamentinin
direktor müavini İrakli Antadze görüşdən əvvəl mediaya
bildirib.
Qeyri-qanuni həbslərə gəlincə, DTX nümayəndəsinin sözlərinə görə,
bu günədək Gürcüstanın 6 vətəndaşı qanunsuz həbsdədir. Bugünkü
iclasda onların azadlığa buraxılması gündəmin əsas mövzularından
biri olacaq”, - Antadze bildirib.
Görüşdə gürcü tərəfi də ötən il noyabrın 6-da Kərbəl kəndi
yaxınlığında öldürülən Tamaz Qinturinin işinin təfərrüatlarını
öyrənməyə çalışacaq.
Sual yaranacaq ki, Tamaz Ginturinin qətli ilə bağlı iş açılıbmı və
cinayəti törədənlər müəyyən edilibmi”, - İrakli Antadze
bildirib.
Bu il fevralın 13-də Erqnetidə İnsidentlərin Qarşısının Alınması və
Cavab Mexanizminin (IPRM) 117-ci iclası keçirilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415