Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Novruz bayramına həsr edilmiş tədbir keçirilib (FOTO)
18 mart tarixində Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Novruz bayramına həsr edilmiş tədbir keçirilib. Tədbirdə müəllimlər, ictimaiyyət nümayəndələri, gənclər, eləcə də məktəb şagirdləri iştirak ediblər.

Şənliyi giriş sözü ilə Mərkəzin rəhbəri Çiçək Hüseynova açaraq qonaqları və iştirakçıları salamlayıb. O, çıxışı zamanı qarşıdan gələn tədbir iştirakçılarını təbrik edib və xoş arzularını çatdırıb. Daha sonra Hüseynova Novruz bayramının əhəmiyyəti haqqda danşıb.

“Novruz bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala - qışın qurtarmasına və baharın gəlişinə həsr olunur. Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Novruz şən və sevimli bayramdır. Novruz xalqımızın bütün varlıqlarını özündə cəmləşdirən bayramdır ”.

Tədbirdə iştirak edən mərkəzin təhsisçilərindən olan Raul Əliyev və digər şəxslər də çıxış edərək, hər kəsi bayram münasibəti ilə təbrik ediblər və xoş arzularını çatdırıblar.

Şənlik konsert proqramı ilə davam edib. Konsert proqramında gənclərin rəqsləri, onların hazırladığı şeir və mahnılar ifa olunub. Tədbirin sonunda isə bayram tonqalı alovlandırılıb.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google