"Qırmızı Körpü" gömrük postunda 1049 ədəd pirotexniki vasitələr aşkarlanıb (FOTO)
Gürcüstandan Azərbaycana gedən Azərbaycan
vətəndaşının idarə etdiyi avtomobilində pirotexniki vasitə aşkar
olunub.
Hadisə "Qırmızı Körpü" gömrük postunda baş
verib.
Bu haqda məlumatı Azərbaycan Dövlət Gömrük Komitəsinin Mətbuat və
İctimaiyyətlə Əlaqələr İdarəsi yayır.
Yayılan məlumatda bildirilir ki, "Gürcüstandan gedən
Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı
avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı,
nəqliyyat vasitəsinin arxa buferinin və yük yerində olan meyvə -
tərəvəz yüklərinin altından üzərində "S-Terminator" yazısı olan 120
ədəd, üzərində "Magic Shoots 20S" yazısı olan 120 ədəd, üzərində
"Magic Shoots 30S" yazısı olan 120 ədəd, üzərində "Magical Candle"
40 Ball" yazısı olan 120 ədəd, üzərində "Magical Candle 60 Ball"
yazısı olan 30 ədəd, üzərində "Big Bang" yazısı olan 250 ədəd,
üzərində "Magnum" yazısı olan 250 ədəd, üzərində "Big fish cracker"
yazısı olan 25 ədəd, üzərində "Colorful Magic" yazısı olan 3 ədəd,
üzərində "Sky City 10 shoots" yazısı olan 4 ədəd, üzərində "Classic
Forever 10 shoots" yazısı olan 4 ədəd, üzərində "Wonderful
Performans" yazısı olan 3 ədəd , ümumilikdə 1049 ədəd pirotexniki
vasitələr aşkarlanıb".
Faktla bağlı araşdırma aparılır.