Texasda törədilən silahlı hücumda azı 20 nəfər ölüb
Şənbə günü ABŞ-ın Texas ştatında törədilən
silahlı hücumda 20 nəfər ölüb, 20-dən çox adamsa
yaralanıb.
İnsident Texasla Meksika sərhədində yerləşən El-Paso şəhərində baş
verib.
ABC News kanalının məlumatına görə, ölənlər və xəsarət alanlar
arasında uşaqlar və qocalar da var.
CNN Federal Təhqiqat Bürosundakı mənbələrə istinadla , terror fakı
ilə bağlı istintaq aparıldığını bildirir.
Patrik Kruzius adlı şübhəlinin saxlandığı xəbər verilir. Onun 21
yaşı var. Şahidlərin sözlərinə görə, o, Walmart supermarketinə
girərək atəş açmağa başlayıb.
Məlumata görə o hücumdan az əvvəl sosial şəbəkədə irqçi baxışlı
“manifest” yerləşdiribmiş.
Orda xüsusilə qeyd edilir ki, “Latınamerikalıların Texsa
soxulmasına cavab olaraq atışma olacaq”. Həmçinin sənəddə , bu ilin
martında Yeni Zelandiyadakı iki məsçiddə 51 nəfəri öldürən
avstraliyalı Brenton Tarranta dəstək bildirilirmiş.
El-Paso şəhərinin 680 min əhalisi var, orda xeyli ispandilli sakin
yaşayır. Meksika hakimiyyəti ölənlərdən 3-nün Meksika vətəndaşları
olduğunu təsdiqləyib.
ABŞ hakimiyyəti bu hücumu pisləyib, prezident Donald Trump bunu
“qorxaq hərəkət” adlandırıb.
Hücum edən supermarketə girəndə orda 3 mindın çox adam varmış.
Məlumata görə, o, Avtomat “Kalaşnikov”dan atəş açıb.
Bu 2019-cu ildə ABŞ-da törədilən 5-ci kütləvi qırğındır.
Mənbə:www.azadliq.org