Rusiya hökuməti istefa verib.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə
Rusiyanın Baş Naziri Dmitri Medvedev Prezident Vladimir Putinin
Nazirlər Kabineti ilə görüşündə bildirib.
D. Medvedev qeyd edib ki, Prezidentin Konstitusiyaya dəyişiklər
təklifi fonunda hökumətin hazırkı tərkibində istefaya getməsini
düzgün hesab edir.
“Bu dəyişikliklər qəbul olunanda – çox güman ki, bu, müzakirələrdən
sonra olacaq – təkcə Konstitusiyanın xeyli maddəsində deyil,
bütövlükdə hakimiyyət balansında – icra, qanunvericilik, məhkəmə
hakimiyyətində də dəyişikliklər baş verəcək. Bu kontekstdə aydındır
ki, biz Rusiya Federasiyanın hökuməti kimi ölkə Prezidentinə bütün
mümkün qərarları qəbul etmək imkanı yaratmalıyıq. Hesab edirəm ki,
bu şəraitdə Rusiya Konstitusiyasının 117-ci maddəsinə uyğun olaraq
Rusiya Federasiyasının hökumətinin hazırkı tərkibdə istefaya
getməsi daha doğru olardı”, - deyə D. Medvedev vurğulayıb.
Rusiya Prezidenti Vladimir Putin isə Medvedev hökumətinə
fəaliyyətinə görə təşəkkür edib. Rusiya lideri bildirib ki, yaxın
vaxtlarda kabinetin hər bir üzvü ilə ayrılıqda görüşəcək. O,
kabinet üzlərindən vəzifələrinin tam şəkildə icrasını hələlik davam
etdirmələrini də xahiş edib.