Van Qoqun çəkdiyi rəsm ilk dəfə ictimaiyyətə təqdim olunacaq
Niderland rəssamı Vinsent Van Qoqun “Monmartredəki küçə səhnəsi” tablosu yarandığı gündən bəri ilk dəfə olaraq ictimaiyyətə göstəriləcək.

Bu barədə “ARTnews” məlumat yayıb.

Rəsm əsəri Parisdəki “Sotheby's” hərrac evində sərgilənəcək, bundan əvvəl isə Amsterdam, Honkonq və Fransa paytaxtında geniş şəkildə nümayiş olunacaq.

Məlumata görə, şəkil 5-8 milyon avroya satışa çıxarılacaq.

“Monmartredəki küçə səhnəsi” 1887-ci ildə Van Qoq tərəfindən çəkilib. Əsər 1920-ci ildə şəxsi kolleksiyada olub və o vaxtdan bəri eyni ailədə qaldığından heç vaxt ictimaiyyətə göstərilməyib.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər