Ukrayna və Azərbaycan prezidentləri regional təhlükəsizlik məsələlərini və mövcud təhdidləri müzakirə edib
Oktyabrın 4-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon söhbəti olub.

Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumatında deyilir ki, Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi əhəmiyyətli humanitar yardıma, xüsusilə qış şəraitində enerji sektoruna verilən dəstəyə görə təşəkkürünü bildirib.

“Telefon söhbəti əsnasında
dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə bir daha dəstək ifadə olunub, regional təhlükəsizlik, mövcud təhdidlər və gələcək əməkdaşlıq formatlarına dair fikir mübadiləsi aparılıb”,
– məlumatda qeyd edilir. 

Mənbə: turan.az
Print Email
FaceBook Twitter Google