Dövlət qurumlarında ən çox tələb olunan peşə inkişafı təlim proqramı hansıdır?
Dövlət Qulluğu Bürosuna təqdim edilən məlumatlara əsasən, 2023-cü ilədək 14 418 halda həm əsas, həm də əlavə olaraq 251 ixtisasartırma proqramı müəyyən edilib.

Kursların sayının 19,7%-ni əsas proqramlar təşkil edib. Bunlardan şəxsi və peşə səriştələrinin inkişafı kursu - 15,58%, işçinin idarəetmə bacarıqları proqramı - 4,12%, əlavə proqramlar isə 80,3% təşkil edir. Qeyd edək ki, yerli
özünüidarəetmə səviyyəsində müəyyən edilmiş əsas proqramların cəmi 5,6 faizi icra olunub.

Dövlət Qulluğu Bürosunun 2023-cü il hesabatına əsasən, ən çox tələb olunan on tədqiqat mövzusu aşağıdakılardır:
  • 1. Riskin müəyyən edilməsi və qiymətləndirilməsi;
  • 2. Strateji idarəetmə-planlaşdırma (strateji idarəetmə, uzunmüddətli və ortamüddətli məqsəd və vəzifələrin planlaşdırılması);
  • 3. Məlumatların toplanması, emalı və təhlili üsulları;
  • 4. Effektiv ünsiyyət;
  • 5. Bələdiyyə mülkiyyətinin formalaşdırılması və ona sərəncam verilməsi;
  • 6. Biliklərin idarə edilməsi;
  • 7. Peşəkar ünsiyyət;
  • 8. Microsoft Excel;
  • 9. Vaxtın idarə edilməsi;
  • 10. İnformasiya texnologiyaları;
Məlumata görə, 2023-cü il üçün əlavə ixtisasartırma proqramlarına cəlb olunan məmurların 42%-i qeyd olunan mövzu üzrə təlim kurslarına paylanıb.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google