Pentaqon rəhbəri prostat xərçəngi xəstəliyindən müalicə olunur
2023-cü ilin dekabrında mütəxəssislər ABŞ-ın müdafiə naziri Lloyd Ostinə prostat xərçəngi diaqnozu qoyublar, o, əməliyyat olunub, yanvarın əvvəlində Pentaqon rəhbəri səhhətində ağırlaşmalara görə xəstəxanaya yerləşdirilib.

Bu barədə Merilend ştatındakı Uolter Rid Tibb Mərkəzinin məlumatında deyilir.

Sənəddə göstərilir ki, 2023-cü il dekabrın əvvəlində keçirilən müntəzəm müayinə zamanı Ostinə “müalicə tələb edən prostat xərçəngi” diaqnozu qoyulub. Bununla əlaqədar dekabrın 22-də o, “minimal invaziv” cərrahi əməliyyat (prostatektomiya) keçirib. Mərkəzdən bildirilib ki, o, bu prosedur zamanı ümumi anesteziya altında olub. Ertəsi gün Ostin evə qayıdıb. "Onun prostat xərçəngi erkən aşkarlanıb və proqnoz əladır", - sənəddə qeyd edilir.

Mütəxəssislər bildiriblər ki, "1 yanvar 2024-cü ildə nazir Ostin 22 dekabr (2023)-cü ildə həyata keçirilən prosedurdan sonra baş verən fəsadlar, o cümlədən qarın, omba və ayaqda başgicəllənmə və şiddətli ağrılar səbəbindən Ualter Rid Tibb Mərkəzinə qəbul edilib".

“İlkin müayinə zamanı sidik yollarının infeksiyası aşkarlanıb”, - mərkəz qeyd edib. Yanvarın 2-də xəstə reanimasiya şöbəsinə yerləşdirilib.

Mütəxəssislər Ostinin sağaldığını və onun "tam bərpa olunmasını" gözlədiklərini vurğulayıblar. Mərkəz aydınlaşdırıb ki, “bu, uzun proses ola bilər”. Yanvar ayında xəstəxanaya yerləşdiriləndən bəri nazir “heç vaxt huşunu itirməyib və ümumi anesteziya altında olmayıb”.

წყარო: ტაბულა
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər