Valensiyada baş vermiş yanğında azı 4 nəfər həyatını itirib

İspaniyanın Valensiya şəhərində yaşayış binasında baş vermiş yanğın nəticəsində azı dörd nəfər həyatını itirib.



“Report” xəbər verir ki, bu barədə Fövqəladə Vəziyyət üzrə Əlaqələndirmə Mərkəzinin direktor müavini Xorxe Suaresin sosial şəbəkədə yayımlanmış açıqlamasında bildirilib.

“Dörd nəfərin ölümü təsdiqlənib. Binanın xarakteristikası daxilində söndürmə işləri aparmağa imkan vermir. Fasad soyumağa davam edir. Yanğınsöndürənlərin binaya nə vaxt təhlükəsiz şəkildə girə biləcəyi bəlli deyil”, – o deyib.

Eyni zamanda, “El Pais”ə görə, hadisədə azı 14 nəfər yaralanıb, 19 nəfər isə itkin düşüb. Məlumata görə, yanğın 14-cü mərtəbədə çıxıb. Yanğının bütün binanı əhatə etməsi cəmi yarım saat çəkib.

Mənbə: report.az

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər