Marneulili idmançılar Tbilisidə keçirilən Beynəlxalq turnirdən qələbə ilə qayıdıblar
Gürcüstanın paytaxtı Tbilisidə "Muaytay" üzrə Gürcüstan açıq birinciliyi uğrunda Beynəlxalq turnir keçirilib. Turnir 8, 9 iyun tarixində "Muaytay" federasiyasının təşkilatçılığı ilə baş tutub. Turnirdə Gürcüstan və Azərbaycan idmançıları iştirak ediblər. Yarışa Marneuli idmançıları da qatılıblar.

Bu haqda məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı "Muaytay" və "Savate" federasiyasının vitse-prezidenti Faiq Məmmədov dedi. Onun sözlərinə görə Marneulidən yarışa yeddi idmançı qatılıb. Yarışda Marneulidən olan idmançılar 40 kq çəki dərəcəsində Əli Əliyev və 35 kq çəki dərəcəsində Yusif İsmayılov bütün rəqiblərinə qalib gələrək birinci yeri tutublar. Marneulidən olan digər idmançılar isə ikinci yerə layiq görülüblər.

Xatırladaq ki, Marneulidən olan idmançılar aprel ayında Tbilisidə "Muaytay" üzrə Beynəlxalq turnirdə də iştirak etmişdilər. Həmin yarışda Oqtay Mirzəyev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanmışdı. Eldar Qədimov ikinci, Rəvan Əkbərov isə üçüncü yerə layiq görülmüşdü.

Print Email
FaceBook Twitter Google