Marneulili idmançılar İranda keçirilən beynəlxalq turnirdə iştirak ediblər (VİDEO/FOTO)
30
avqust tarixində Marneulili idmançılar İranın İsfahan şəhərində
keçirilən beynəlxalq turnirdə iştirak ediblər.
Bu
haqda məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı “Muaytay” və
“Savate” federasiyasının vitse-prezidenti Faiq Məmmədov verdi.
Onun sözlərinə görə, İranda keçirilən “Razmavaran” turnirinə
Marneulidən iki idmançı qatılıb. 70 kq-dək çəki dərəcəsində
mübarizəyə qatılan Vahid Talıbov bütün rəqiblərinə qalib gəlsə də,
finalda İranlı idmançıya məğlub olaraq ikinci yeri tutb.
80 kq-dək çəki dərəcəsində mübarizə aparan digər idmançı Müşfiq
Əliyev isə ikinci döyüşündə zədə alaraq yarışı dayandırmalı
olub.
Xatırladaq ki, İranda keçirilən beynəlxalq turnirdə 5 ölkə - İran,
Gürcüstan, Azərbaycan, Əfqanıstan və Ermənistan idmançıları iştirak
ediblər.