Almaniyada keçirilən çempionatda Gürcüstanlı idmançı qələbə qazanıb (FOTO)
Almaniyanın Nordhorn şəhərində keçirilən “Dünya çempionatı”nda Gürcüstan idmançısı Özcan Əhmədov WFMC-nin dünya çempionluğunu qazanıb. Bu haqda məlumatı "Gorarxı" idman klubunun baş məşqçisi və WFMC-Gürcüstan təşkilatının rəhbəri Tofiq Əkbərov sosial şəbəkədə paylaşıb. Onun yazdığı məlumata görə, Özcan Əhmədov 55 kq çəki dərəcəsində mübarizə qatılıb və bütün rəqiblərinə qalib gələrək çempion olub.

Onu da əlavə edək ki, 18-19 oktyabr tarixində Almaniyanın Nordhorn şəhərində keçirilən “Dünya çempionatı”nda Gürcüstan idmançıları da iştirak edirlər. Yarış Dünya Döyüş Növləri Federasiyasının təşkilatçılığı ilə həyata keçirilir və yarış Kikboks, Tayboks, K1 və digər idman növləri üzrə keçirilir.





Print Email
FaceBook Twitter Google