Gürcüstan idmançıları İtaliyada keçiriləcək yarışa hazırlaşırlar
Gürcüstan idmançıları dekabr ayında İtaliyanın Roma şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəklər. Bu haqda məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı "Gorarxı" idman klubunun baş məşqçisi və WFMC-Gürcüstan təşkilatının rəhbəri Tofiq Əkbərov verdi.

Onun sözlərinə görə, bu yarışa 10 nəfərədək idmançı ilə qatılmağı düşünürlər və o, ümid edir ki, bu çempionatdan qələbə ilə qayıdacaqlar.

Xatırladaq ki, Gürcüstan idmançıları 18-20 oktyabr tarixində Almaniyanın Nordhorn şəhərində keçirilən “Dünya çempionatı”nda 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar. Yarış Dünya Döyüş Növləri Federasiyasının təşkilatçılığı ilə baş tutub və Kikboks, Tayboks, K1 və digər idman növləri üzrə keçirilib.

Print Email
FaceBook Twitter Google