Bu gün “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn
keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin
həlledici matçında qalib müəyyən olunub.
Final mərhələsinin ikinci matçında Azərbaycan şahmatçısı Teymur
Rəcəbov erməni rəqibi Levon Aronyanla mübarizə aparıb.
Matç Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb. Birinci
matçda rəqibini 2,5:1,5 hesabla məğlub edən 33 yaşlı qrossmeyster
bu dəfə də ona şans verməyib. İlk iki partiyada heç-heçə edən
Rəcəbov 3-cü dueldə Aronyan üzərində qələbə qazanaraq, turnirin
qalibi və 60 000 ABŞ dolları məbləğində mükafatın sahibi olub.
Qeyd edək ki, Teymur Rəcəbov Airthings Masters" turnirinin
dörddəbir finalında Rusiya təmsilçisi Yan Nepomnyaşini,
yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubovu məğlub
edib.
Yarışın ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.
Mənbə: report.az