Gürcüstan tennisçisi isveçrəli rəqibini məğlub edib
Qətərin paytaxtı Dohada tennis üzrə ATP-250 turniri keçirilib. Turnirə Gürcüstan idmançılarıda qatılıb.

İsveçrəli tennisçi Roje Federer 1/4 finalda Gürcüstan təmsilçisi Nikoloz Basilaşviliyə uduzub. 1 saat 52 dəqiqə davam etmiş qarşılaşmanın yekununda Basilaşvili 3 setdə qələbə qazanıb = 3:6, 6:1, 7:5. Gürcüstanlı tennisçi yarımfinalda ABŞ-dan olan Teylor Fritsə üz-üzə gələcək.

Qeyd edək ki, Roje Federer Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) hazırkı reytinqində 6-cı yerdə gedir. ATP-250 39 yaşlı idmançı üçün bir ildən çox davam etmiş fasilədən sonra ilk yarış olub. Federer sonuncu dəfə 2020-ci il Australian Open turnirində çıxış edib. Nikoloz Basilaşvili isə ATP reytinqində 42-ci yerdə gedir.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər