Marneulidə sərbəst güləş üzrə “Dostluq Turniri” keçiriləcək
Marneulidə 9-11 may tarixlərində sərbəst güləş üzrə “Dostluq Turniri” keçiriləcək. Turnir “Ata Holding” idman kompleksində baş tutacaq.

Bu barədə “Marneuli” radiosuna “Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi”-ndən məlumat verilib.

Məlumata görə, Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş sərbəst güləş üzrə “Dostluq Turniri” Kvemo-Kartli regionunu əhatə edəcək.

Turnirin yekununda qalib gələn idmançılara müxtəlif hədiyyələr, kubok, medal və təltifnamələr təqdim olunacaq.

Print Email
FaceBook Twitter Google