Oxçuluq üzrə gənclər arasında 2024-cü il çempionatı Marneulidə keçiriləcək
Marneuli İdman Məktəbinin məlumatına görə, gənclər arasında oxçuluq üzrə 2024-cü il Gürcüstan çempionatı Marneuli bələdiyyəsində keçiriləcək.

“Cari ilin 9-11 fevral tarixlərində Gürcüstan Mədəniyyət, İdman və Gənclər Nazirliyinin maddi dəstəyi, Gürcüstan Milli Oxçuluq Federasiyası və Marneuli İdman Məktəbinin təşkilatçılığı ilə “Azərbaycan Evinin” idman zalında oxçuluq üzrə Gürcüstan çempionatı keçiriləcək”,
– Marneuli İdman Məktəbinin məlumatında qeyd olunur.

Yarışda 21 yaşa qədər gənclər iştirak edəcəklər. Çempionat klassik oxçuluq üzrə kişi və qadın kateqoriyasında keçiriləcək. İdman Məktəbinin məlumatına görə, çempionatda qızlar və oğlanlar kateqoriyasında finalçılar arasında Marneuli bələdiyyəsində oxçuluğu təsis edən Qiorqi Qordeziani adına kubok oynanılacaq.

Turnirin çempionları və mükafatçıları müvafiq medal, diplom və pul mükafatı ilə təltif olunacaqlar.
  • Birinci yer – 400
  • İkinci yer- 300
  • Üçüncü yer – 200
Qiorqi Qordeziani adına kubokun sahibinə 2000 lari dəyərində pul mükafatı veriləcək.

 

Print Email
FaceBook Twitter Google