Mbappe “Real Madrid”dən istədiyini açıqladı
PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe bir sıra şərtlərə uyğun olaraq onunla maraqlanan klublarla danışıqlara hazırdır.

Məlumata görə, fransalı forvard illik 50 milyon avro maaş və 120 milyon avro imza bonusu almaq istəyir. Mbappenin hazırkı mərhələdə hələ heç kimlə razılığa gəlmədiyi qeyd olunub.

Xatırladaq ki, əvvəllər Kilianın “Real Madrid”ə keçməyə yaxın olduğu barədə məlumat yayılıb. Bildirilib ki, fransalı idmançı Madriddə harada yaşayacağına da artıq qərar verib.

Qeyd edək ki, bu mövsüm 24 yaşlı hücumçu PSJ-nin heyətində bütün turnirlərdə 28 oyun keçirib, 29 qol vurub və yeddi məhsuldar ötürmə edib. Nüfuzlu “Transfermarkt” onlayn portalı Mbappenin bazar dəyərini 180 milyon avro olaraq qiymətləndirir.

Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər