Marneulili qızlar cüdo üzrə çempionatda qalib gəliblər
Marneulili cüdoçu qızlar Abxaziya Cüdo Akademiyası tərəfindən Tbilisidə təşkil olunan açıq çempionatda qızlar arasında birinci yeri tutublar. Marneuli İdman Məktəbinin məlumatına görə, çempionat 8 mart tarixində, Beynəlxalq Qadınlar Günündə keçirilib.

“Marneuli İdman Məktəbinin cüdoçu qızları, Keti Xarazişvili və Liza Davadze çempionatda uğurla çıxış ediblər və qalib gəliblər”, – məlumatda qeyd olunub.

Keti Xarazişvili 57 kq, Liza Davadze isə 63 kq çəki dərəcəsində birinci yeri tutub.

Marneuli İdman Məktəbinin məlumatına görə, İdman Məktəbi üçün prioritet istiqamətlərdən biri qızlar arasında idmanın inkişafı, gələcək nəsillərə sağlam həyat tərzini aşılamaqdır.

Birinci yeri qazanan idmançıların məşqçiləri Zaza Davadze və Sandro İakobaşvilidir.

Print Email
FaceBook Twitter Google