UEFA Çempionlar Liqasında YENİ QAYDALAR - Detallar bəlli oldu
UEFA Çempionlar Liqasının yeni formatının detalları bəlli olub.

Məlumata görə, Çempionlar Liqası 36 komandaya qədər genişlənir.

Hər komanda dördü evdə və dördü səfərdə olmaqla səkkiz oyun keçirəcək. 1/8 final mərhələsi püşkatma əsasında keçiriləcək. İlk 8 yeri tutan komandalar avtomatik olaraq pley-offa vəsiqə qazanacaqlar, 9-16-cı yerlərdəki komandalar isə 17-24-cü yerləri tutan komandalara qarşı ilkin pley-off oyunu keçirəcəklər.

Bundan əlavə, pley-off püşkatması “tennis” üslubunda olacaq. UEFA klub reytinqində 1 və 2-ci yerlərdə qərarlaşan klublar finaladək qarşılaşa bilməyəcək.

Qrup mərhələsinə gəlincə, püşkatma kompüterdən istifadə edilməklə keçiriləcək. Komandalar hər biri doqquz komandadan ibarət dörd qaba bölünəcəklər. Komandalardan birinin adı olan top əl ilə səbətdən çıxarılacaq və sonra proqram hər qrupdan ona iki rəqib təyin edəcək.
UEFA hesab edir ki, tamamilə “əllə” olan püşkatma dörd-beş saat davam edə və 900 topun istifadəsini tələb edə bilər. Buna görə də lazımi proqram təminatının yaradılması üçün İT sektorunun cəlb edilməsi qərara alınıb.

Qrup mərhələsində əvvəlki kimi eyni ölkənin komandaları bir-biri ilə oynaya bilməyəcəklər.

Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər