Avropa Liqası: "Qarabağ" mübarizəni dayandırıb
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

"Marneuli" radiosu xəbər verir ki, "Qarabağ" Almaniyada "Bayer"in qonağı olub.

"Bay Arena"da keçirilən matç Bakı vaxtı ilə saat 00:00-da başlayıb. Görüşü ingiltərəli FIFA referisi Entoni Teylor idarə edib.

"Qarabağ" 2:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

UEFA Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunu

14 mart

00:00. "Bayer 04" (Almaniya) - "Qarabağ" (Azərbaycan) 3:2

Qollar: Ceremi Frimponq, 72, Patrik Şik, 90+3, 90+7 - Abdullah Zubir, 59, Olavio Juninyo, 68

Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 63

Hakimlər: Entoni Teylor, Qari Besuik, Adam Nann Endryu Medli (İngiltərə)

"Bay Arena".

İlk oyun - 2:2.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər