16 yaşlı Nərmin Bayramova 2024-cü ilin 17-21 aprel tarixlərində
Kutaisi şəhərində baş tutan boks üzrə turnirdə əldə etdiyi uğurdan
sonra Avropa çempionatına hazırlaşır.
Nərmin idman bacarığının olduğunu 11 yaşında aşkar edib.
Valideynləri onu dəstəkləyib və qız müxtəlif idman dərnəklərinə
getməyə başlayıb. Boks çempionatlarında illər ərzində çoxsaylı
uğurlar əldə edib. Nərminin indi daha böyük məqsədi var. O, Avropa
çempionatına hazırlaşır.
Nərmin idmanın şəxsi inkişafda oyandığı roldan danışır:
“İdman mənim həyatımın ayrılmaz hissəsidir, öz
gələcəyimi bu sahədə görürəm və 18 yaşım olanda artıq idman
müəllimliyinə başlayacağam. Müəllimlik vasitəsi ilə başqa qızların
da idman sahəsinə marağını artıra biləcəyəm”.
Nərminin kəndində idmanla az adam məşğul olur. Bunun səbəblərindən
biri idman üçün təchizatın olmamasıdır. Nərmin məşq etmək üçün
həftədə 4 dəfə Marneuliyə gəlir. Çox istəyir ki, öz icmalarında
digər qızlara da belə şərait yaradılsın.
Nərmin bildirir ki, valideynləri həmişə onu dəstəkləyirlər.
Gürcüstan miqyasında çempion olanda valideynləri ona azarkeşlik
ediblər və indi Nərminin daha böyük uğurlar qazanacağına
inanırlar.
“Valideynlərim həmişə idman sahəsində inkişafımı
dəstəkləyirlər, ancaq qonşu və qohumlar tərəfindən maneələr olub.
Həmişə mənə deyirdilər ki, sən qızsan, idman sənin işin deyil.
Əlbəttə, bu kimi yanaşmalar mənim üçün əhəmiyyətli deyil. Çünki
idmanı çox sevirəm və öz gələcəyimi də bu sahədə
görürəm”, – Nərmin Bayramova bildirir.
Nərmin düşünür ki, erkən evlilik qızlar üçün ən böyük problemdir.
Onlar öz bacarıqlarını inkişaf etdirə bilmirlər.
O, düşünür ki, təhsil insanın fərdi inkişafında çox önəmli
komponentdir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.