Müxalifət partiyaları ofislərinə plakatların yapışdırılmasını əks etdirən materiallar yayırlar
Müxalif siyasi partiyalar mayın 8-dən 9-na keçən gecə maskalı insanların ofislərinə plakatlar yapışdırmasını əks etdirən video və fotomateriallar yayırlar.

“Gecə gec saatlarda “Gürcü arzusu”nun həmvətənlərimizə qarşı təşkil etdiyi hücumlardan sonra “Axali” partiyasının ofisinə “Şkoda” markalı avtomobillə gedən DTX-nın maskalı əməkdaşları mənfur plakatlar asıblar”, - “Axali” partiyası yazıb və faktı göstərən video yayımlayıb.


Maskalı şəxslər Qirçi-Droanın
ofisinin yaxınlığında da plakatlar asıblar. Müşahidə kamerasının çəkdiyi şəkilləri Qirçi- Daha çox azadlıq partiyası öz Facebook səhifəsində yayıb.


“Agentlər”, “millət düşməni”, “agentlərin qərargahı” - rejim rus qanunlarına zidd olan fəalların evlərinə və avtomobillərinə, habelə qeyri-hökumət təşkilatlarının və siyasi partiyaların ofislərinə mayın 8-dən 9-na keçən gecə yazılar və plakatlar qoyub.


Bundan əvvəl, mayın 8-nə keçən gecə onlar aksiya iştirakçılarına, VMH üzvü Dima Çikovaniyə, Zurab Çaparidzenin qardaşı Qia Çaparidzeyə və ikitəkərlilər yürüşün təşkilatçılarından biri Laşa Qvinianidze hücum edərək onlara fiziki təzyiq göstəriblər.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google