Xalq müdafiəçisi hücumlar haqqında: Dövlətin bu cür zorakılığa sərt reaksiya verməsi vacibdir
Xalq müdafiəçisi Levan İoseliani hökuməti tənqid edən insanlara qarşı hücuma münasibət bildirib və yazıb ki, tənqidi vətəndaşlara, onların ailə üzvlərinə və uşaqlarına qarşı təqib, hədə-qorxu və fiziki cəzalar cinayətdir və asayiş keşikçilərinin dərhal reaksiya verməsini tələb edir.
“Gürcüstanın Xalq Müdafiəçisi 2024-cü il mayın 8-də axşam saatlarında ayrı-ayrı vətəndaşlara qarşı hücumları pisləyir və mayın 8-də dərc etdiyimiz
qiymətləndirmədə qeyd olunan təhlükələri bir daha vurğulayır.
Xalq müdafiəçisi hər kəsə qəti şəkildə xatırladır ki, fərqli və tənqidi fikir nə qədər yolverilməz olsa da, insanların təqib edilməsi, onların ailə üzvlərinin, azyaşlı uşaqlarına hədə-qorxu gəlsə də, vətəndaşlara qarşı fiziki qisas almağın cinayət əməli olduğunu və bunun üçün aidiyyəti hüquq-mühafizə orqanlarının dərhal və operativ reaksiya verməsini tələb edir.
Hər bir belə zorakılığa dövlət tərəfindən sərt və layiqli cavab verilməsi vacibdir və belə hallar insan hüquqlarına əsaslanan demokratik və hüquqi dövlət prinsipləri ilə bir araya sığmayan kütləvi şəkildə təşkil olunmuş təqib və zorakılıq formasında olmamalıdır.
Xalq müdafiəçisi bir daha hüquq-mühafizə orqanlarını dərhal reaksiya verməyə və həyata keçirilən tədbirlərlə bağlı ictimaiyyətə məlumat verməyə çağırıb”,
- deyə məlumatda bildirilir.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.


Print Email
FaceBook Twitter Google