Gürcüstan ötən ay Azərbaycana 13 ton şərab ixrac edib
Bu ilin yanvarında Gürcüstan Azərbaycana 46.22 min ABŞ dolları dəyərində 13.61 ton üzüm şərabı ixrac edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, ixrac edilən məhsulun dəyəri ötən ilin yanvar ayı ilə müqayisədə 29.73 min dollar və ya 2.8 dəfə, çəkisi isə 10.58 ton və ya 4.5 dəfə artıb. Hesabatda qeyd olunub ki, 2020-ci ilin yanvarında Gürcüstan Azərbaycana 16.49 min dollar dəyərində 3.03 ton üzüm şərabı ixrac edib.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər