Gürcüstanla Rusiyanı birləşdirən yolun tikintisi üçün 225 milyonluq tender elan edilib
Gürcüstanla Rusiyanı birləşdirən yolun tikintisi üçün 225 milyonluq tender elan edilib.

Dünən Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Gürcüstan Avtomobil Yolları Departamenti Rusiya sərhədi yaxınlığında yeni avtomobil yolunun tikintisi üçün dövlət satınalması elan edib.

Tender sənədlərinə əsasən, söhbət beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Stepantsminda - Qveleti avtomobil yolunun km 0+440 km 4+940 (lot 1) hissəsinin tikintisindən gedir.

Tender şərtlərinə əsasən, təkliflərin qəbulu mayın 6-da başlayacaq və mayın 10-da başa çatacaq. Alışın təxmini dəyəri 224 919 508 lari təşkil edir.

Tenderin şərtlərinə görə, qalib şirkət müqavilə imzalandıqdan sonra 30 ay ərzində yolun tikintisini başa çatdırmalıdır.

Xatırladırıq ki, yolun tikintisi ilə bağlı tender ikinci dəfə elan olunub. İdarə 1-ci tenderi ötən ilin yayında elan edib. Həmin vaxt alışda 5 Çin şirkəti iştirak edirdi. Təkliflərin qiymətləndirilməsi prosesi bir neçə ay idi ki, davam edirdi, amma sonda Avtomobil Yolları İdarəsi onların hamısı ilə bağlı mənfi qərar verdi. Sənədə əsasən, təkliflərin rədd edilməsinə səbəb iddiaçıların təcrübəsinin olmaması və sənədləşmədə çatışmazlıqlar olub. Məlumat üçün bildirək ki, əvvəlki tenderə əsasən, alışın smeta dəyəri 245,886 milyon lari idi.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər