Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 6 %-dən çox artırıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstandan 17,047 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,3 % çoxdur.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsi xəbər verir.

Azərbaycana ixrac Gürcüstanın yerli məhsul ixracının 4,6 %-ni təşkil edib.

Hesabat dövründə Gürcüstan ümumilikdə 372,417 milyon ABŞ dolları dəyərində yerli istehsal malı ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 25,1 % azdır.

Gürcüstanın yerli məhsulların ixracında əsas tərəfdaşları Rusiya (79,91 milyon ABŞ dolları; 25,3 % az), Türkiyə (53,673 milyon ABŞ dolları; 6 % az), Çin (43,551 milyon ABŞ dolları; 59 % az) və Ermənistan (19,419 milyon ABŞ dolları; 25,9 % az) olub.

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər