Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 16 % azalıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 207,171 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16 % azdır.

Azərbaycanla ticarət dövriyyəsi Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin 7 %-ni təşkil edib.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 10,6 % azalaraq 99,459 milyon ABŞ dolları (ümumi ixracın 12,4 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 20,5 % azalaraq 107,712 milyon ABŞ dolları (ümumi idxalın 5 %-i) olub.

Yanvar-fevral aylarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri illik müqayisədə 4,8 % azalaraq 2 milyard 950,147 milyon ABŞ dollarına düşüb. O cümlədən, ixracın dəyəri 12,2 % azalaraq 803,314 milyon ABŞ dollarına, idxalın dəyəri isə 1,6 % azalaraq 2 milyard 146,833 milyon ABŞ dollarına enib.

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər