Biletsiz səyahətə görə yazılan cərimələrin məbləği yenidən azalıb
Biletsiz səyahətə görə yazılan cərimələrin məbləği yenidən azalıb. Gürcüstan Maliyyə Nazirliyinin vahid büdcəsinin daxilolmalarına əsasən (konsolidasiya olmadan) bu ilin yanvar-fevral aylarında biletsiz sərnişinlərə 547 100 lari, 2023-cü ilin eyni dövründə isə 569 773 lari cərimə tətbiq edilib.

Xatırladırıq ki, qeyd olunan qanun pozuntusuna görə tətbiq edilən cərimələr 2023-cü ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayında 257 536 laridən 165 416 lariyədək azalıb.

Bununla belə, sanksiyalardan, ittihamlardan, ümumilikdə cərimələrdən büdcəyə daxil olan vəsaitlərin həcmi də artıb. Maliyyə Nazirliyinin məlumatına görə, cari ilin yanvar-fevral aylarında büdcəyə cərimə və əlavələrdən 61,008 milyon lari, ötən ilin müvafiq dövründə isə 52,637 milyon lari daxil olub.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər