Resurs Mərkəzin rəhbərinin məlumatına görə, Borjomidə itkin düşmüş 9-cu sinif şagirdi olan iki qızın telefonlaı tərk edilmiş sexdə tapılıb
Borjomidə hüquq mühafizəçiləri tərəfindən
axtarılan iki qız Borjomi 1 sayı ictimai məktəbinin 9-cu sinif
şagirdləridir.
Qızları səhər saatlarından etibarən görən
olmayıb. İtkin düşmüş yeniyetmələrin yaxınlarının heç bir versiya
barədə bir söz deyə bilmirlər.
Borjomi Resurs Mərkəzinin rəhbəri İzolda Lomidzenin dediyinə görə,
itkin düşmüş qızların telefonları Borjomidə, Pirosmani küçəsində
yerləşən tərk edilmiş limonad sexində tapılıb.
“Hamımız çox narahatıq. Bu vaxtadək itkin düşmüş qızlarla bağlı bir
məlumat əldə edə bilməmişik. Səhər saatlarından etibarən heç kəs
görməyib. Məktəbə də getməyiblər. Xüsusi xarakteri ilə fərqlənən
qızlar deyillər. Hər ikisi adi, onların yaşı üçün xarakterik olan
xasiyyətdədirlər. Versiyalar barədə heç nə deyə bilmərəm. İntensiv
axtarışlar davam edir. Ümid edirəm ki, ən qısa zamanda yerləri
məlum olar”, – Borjomi Resurs Mərkəzinin rəhbəri İzolda Lomidze
“Interpressnews”a bildirib.
Hal-hazırda Borjomidə itkin düşmüş qızların yerlərinin
müəyyənləşdirilməsi üçün əməliyyat-axtarış tədbirləri davam
etdirilir.