Laqodexidə yetkinlik yaşına çatmamış şəxsi zorlamaqda ittiham olunan 40 yaşlı kişini həbs ediblər
DİN Laqodexidə 40 yaşlı kişini həbs edib. O, 16 yaşlı yetkinlik yaşına çatmamış qızın zorlanmasında ittiham olunurdu və qız 31 mayda onun uşağını dünyaya gətirib. Qızın zorlanması haqqında materialı “reginfo” 5 iyunda yayımlayıb. Sakit durmağ qarşılığında qurbanın zorakının 14 yaşındakı övladına nişanlanmasını təklif ediblər.

DİN-nin məlumatına görə, istintaqla müəyyən edilib ki, İ.B. 2018-ci ilin sentyabrında 16 yaşlı qızı istəyi olmadan hədələyərək zorlayıb.

yetkinlik yaşına çatmamış qız hamilə qalıb və cari ilin may ayında uşaq dünyaya gətirib. Yetkinlik yaşına çatmamış qız uşaq dünyaya gətirdikdən sonra polisə müraciət ediblər. İstintaq çərçivəsində aparılan geentik ekspertizanın nəticəsinə görə, İ.B.-nın uşağın atası olduğu məlum olub.

İstintaq əvvəlcədən bilərəkdən yetkinlik yaşına çatmamış şəxsə qarşı zorlama faktı ilə bağlı Cinayyət Məcəlləsinin 137-ci maddəsinin 3-cü hissəsinin "d" altbəndi ilə aparılır. Maddə 10 ildən 13 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Mənbə: reginfo.ge
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər