Poniçalada (Soğanlıq) qətl hadisəsi – bir nəfər evinin yaxınlığında güllələndi
Gürcüstanın Poniçala (Soğanlıq) qəsəbəsində qətl törədilib.

Hadisə 7 dekabr tarixində axşam saatlarında baş verib.

Odlu silahla yaralanan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

“Mtavari arxi” telekanalının yaydığı məlumata əsasən, qətlə yetirilən şəxs 40 yaşlı Rasim İsayevdir. Ona evinin yaxınlığında atəş açılıb. Hadisəni törədən şəxsin kimliyi hələ bəlli deyil.

Şahidlər 5-6 atəş səsi eşitdiklərini bildiriblər. Onların sözlərinə görə, atəşin açıldığı avtomobil Rusiya dövlət nömrə nişanlı olub.

R.İsayevin qətlə yetirilməsinə səbəbin qisas olduğu ehtimal edilir. Belə ki, onun qardaşı bir neçə il öncə qətl üstündə həbs olunub.

Gürcüstanın Daxili İşlər Nazirliyində bildirilib ki, faktla bağlı qəsdən adam öldürmə və odlu silahın qanunsuz əldə olunması, saxlanılması və daşınması maddələri üzrə istintaq başlanılıb.

Mənbə: Report.az


Print Email
FaceBook Twitter Google