Hazırda məlum olub ki, Marneuli şəhərində yaşayış binasının
eyvanının uçması nəticəsində xəsarət almış hamilə qadın da
dünyasını dəyişib.
Məlumata görə, 2 nəfər dünyasını dəyişib, üç nəfər isə xəsarət
alıb.
Xəsarət alanlar arasında azyaşlı uşaqlar da var.
Xəsarət alanlardan biri 8 yaşlı uşaqdır. Onu Marneulinin "Geo
Hospitals" klinikasına aparıblar. Klinikanın nümayəndəsinin
"Marneuli" radiosuna bildirdiyinə görə, xəstənin çoxsaylı sınıqları
var və Tbilisiyə, xüsusi klinikaya yerləşdirirlər.
DİN-dən "Marneuli" radiosuna verilən məlumata görə, faktla bağlı
Gürüstan Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə istintaq aparılır.
Həmin maddə dağ, tikinti və ya başqa işlər zamanı təhlükəsizlik
qaydalarının pozulmasını nəzərdə tutur.