Qışda sağlam olmaq üçün nə yeyək? - Mütəxəssis açıqladı
Qış mövsümünə keçid etməyə çox az qalıb. Soyuq aylarda temperaturun düşməsi ilə uşaqlarda və yaşlılarda önəmli dəyişikliklər baş verir.

A, C, E və əsas da D vitamininin bədənimizdə düşməsin deyə, sizə faydalı məsləhətlər verəcəyik.


Qida və pəhriz üzrə mütəxəssisi Hande Güngör deyir ki, gündə ən azı iki porsiya meyvə və üç porsiya tərəvəz yemək məsləhətdir:

“Qış aylarında kök, brokoli, balqabaq, kələm, pırasa, cəfəri kimi tərəvəzlərə, portağal, alma kimi meyvələrə üstünlük verilməlidir. Ayrıca, E vitamini qaynaqlı dəni bitkilər və çərəzlər gündəlik istifadədə balanslı olmalıdır. Həftədə 2-3 dəfə noxud, quru lobya, mərci və digər dənli bitkilər, gündə 20-30 qram olmaqla qoz, fındıq, badam kimi çərəzlər yeyilməlidir.

Sümük və diş sağlamlığı baxımından önəmli olan D vitamininin günəş şüalarıyla dəriyə ötürülməsi vacibdir. Ancaq qışda günəşin az göründüyü üçün vücud D vitamini əskikliyini hiss etməsin deyə, balıq yeməklə tərkibindəki Omega 3, kalsium, fosfor, selenium, yodlu minerallar və E vitamini kimi vacib elementləri qəbul etmiş oluruq”.

Mütəxəssis bu səbəbdən həftədə 2-3 dəfə balıq yemək, marqarin, kərə yağı, yüksək yağlı və xolesterinli ətlər, bəsit karbohidratlı şirniyyat kimi yeməklərə üstünlük verməməyimizi, sağlam sayılan zeytun yağını, yağlı toxumlu bitkiləri, çərəzləri yetərli porsiyalarda qəbul etməli olduğumuzu qeyd edib.

Bundan başqa, “Sağlam yaşamaq üçün çalışın, evdə düzgün hazırlanan, süni qidalardan uzaq yeməkləri yeyin”,
- mütəxəssis bildirib. 

Mənbə: saglamolun.az
Print Email
FaceBook Twitter Google