Qışın vazkeçilməzi olan mandarin çox faydalı
meyvədir.
Lakin istənilən digər məhsullarda olduğu kimi bu meyvəni də
həddindən çox yemək olmaz.
Gün ərzində neçə dənə mandarin yemək olar?
Mütəxəssislər sitrus meyvələrinə allergiyası olmayan insanlara gün
ərzində 2-4 mandarin yeməyi tövsiyə edirlər.
Bundan çox mandarin yeyəndə hətta allergiyaya meylli olmayan
insanlarda allergik səpgilər və dəridə qaşınmanın ehtimalı
yüksəlir. Həmçinin çox mandarin yeyən insanlarda qarın ağrısı, köp,
həzmsizlik kimi simptomlar meydana çıxa bilər.
Bəzi xəstəliklər zamanı (mədə və 12 barmaq bağırsağı xorası,
qastrit, enterit, kolit) mandarinin istehlakı (xüsusilə kəskin
dövrdə) ümumiyyətlə arzuolunan sayılmır.
Mandarini təmizlədikdən əvvəl onların qabığını mütləq yumaq
lazımdır. Qabığın üzərində olan çirk və meyvənin saxlanma müddətini
artırmaq üçün istifadə olunan kimyəvi maddələr orqanizmə düşərək
zəhərlənməyə səbəb ola bilər.
Mənbə: Saglamolun.Az