“Yuventus” 40 saniyəyə qırmızı vərəqə alan futbolçusunu cəzalandırdı
“Yuventus”un İtaliya A Seriyasının XXV turunda “Roma” ilə ev oyununda birbaşa qırmızı vərəqə ilə meydandan qovulan futbolçusu Moyze Kinin cəzası məlum olub.

Turin klubu italyan hücumçunu cərimələyib. O, intizamsız davranışına görə 25 min avro ödəməli olacaq.

Xatırladaq ki, 23 yaşlı forvard “Yuventus”un 0:1 hesabı ilə məğlub olduğu qarşılaşmanın 89-cu dəqiqəsində meydana buraxılıb və cəmi 40 saniyə sonra birbaşa qırmızı vərəqə ilə oyundan qovulub.

Mənbə: “La Gazzetta dello Sport”
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər