İlin bütün fəsli yeyilə bilən məhsullardan biri də xurmadır. Hətta
həkimlər xurma ilə çay içməyin orqanizm üçün çox faydalı olduğunu
vurğulayırlar. İsti iqlimdə yetişən bu meyvə əsasən qurudulmuş
şəkildə istifadə olunur.
Bu meyvənin bir çox faydasını təqdim edirik:
1. Anti-oksidanlarla zəngindir. Xurmanın
tərkibində olan anti-oksidanlar iltihabı azaldar və diabet və
xərçəng xəstələri üçün faydalı olar. Qəlbə sağlamlıq verər və göz
xəstəliklərinin qarşısını alar. Xurma xərçəng riskini azaldan
meyvələrdəndir.
2. Beyini sağlam saxlayar. Tədqiqatlar göstərmişdir
ki, xurma Alzheimer xəstəliyinin qarşısını alan meyvələrdəndir.
3. Təbii şirniyyat hesab olunur. Xurma tərkibində
olan faydalı minerallarla zəngin olmaqla yanaşı, həm də təbii
şirniyyat hesab olunur. Desertlərdə şəkər yerinə xurmadan istifadə
etmək olar. Şəkər bədəndə bəzi problemlərin yaranmasına səbəb ola
bilir, ancaq xurma təbii şirni olduğu üçün heç bir təhlükəsi
yoxdur.
4. Fibrlə zəngindir. Xurma tərkibində fibrlə zəngin
olan meyvələrdəndir. Ona görə də çəkinin azalmasında, diabetin
kontrol edilməsində, insanda toxluq hissinin yaranmasında çox
təsirlidir. Fibr, yeməyin həzm olma prosesini ləngidir və insan
uzun zaman toxluq hiss edir.
Fibr qanda olan şəkərin səviyyəsini aşağı salır ki, bu da diabet
xəstələri üçün faydalıdır.
5. Dişləri və sümükləri sağlam saxlayır. Xurmanın
tərkibində çoxlu mineral maddələr vardır, o cümlədən: fosfor,
kalsium, maqnezium, kalium vardır. Bu maddələr sümükləri və dişləri
sağlam saxlayar və ovulmanın qarşısını alar.
6. Enerji artırandır. Xurmanın tərkibində
təbii şəkərlər olan qlükoza, saxaroza, fruktoza vardır. İftar
zamanı 2-3 xurma yemək insana gümrahlıq hissi verər və enerjisini
artırar.
7. Allergiyanın qarşısını alar. Adətən yay fəsli elə
fəsillərdəndir ki, allergiyası olan insanların xəstəlikləri
şiddətlənər. Xurmanın tərkibində üzvü kükürd olduğu üçün, fəsil
allergiyalarının qarşısını ala bilir. Ona görə də hər gün bu
meyvədən 2-3 dənə yemək lazımdır.
8. Dərini cavan saxlayar. Bu fəsillərdə
insanların əksər hissəsi dəri quruluğundan əziyyət çəkərlər. Ancaq
xurmanın tərkibində olan C və D vitaminləri dərinizi yumşaq
saxlayar və onu xarici təsirlərdən qoruyar.
9. Saç tökülməsinin qarşısını alar. Qadınların və o
həmçinin, kişilərin əksər hissəsi saç tökülməsindən şikayət
edərlər. Bunun da səbəbi baş dərisinin daha çox sebum maddəsi ifraz
etməsidir. Ancaq xurma bu problemin də qarşısını ala bilir və
saçlarınızı daha güclü edə bilir. Çünki tərkibində olan B vitamini
saçlarınız üçün faydalıdır.
Bununla yanaşı, xurmanın tərkibində dəmir vardır və dəmir də saç
tökülməsinin qarşısını alar.
10. Qəlbi sağlam saxlayar. Mütaliələr
göstərmişdir ki, xurma qanda olan triqliseridi azaldar və qanda
olan xolesterinin keyfiyyətinə təsir qoyar. Tərkibində kalium və
maqnezium olduğu üçün qan təzyiqini normada saxlayar.
11. İltihab əleyhinədir. Xurmanın
tərkibində maqnezium olduğu üçün iltihab əleyhinədir. İnsanda
artroz və Alzheimer xəstəliklərinin qarşısını alar.
Saglamolun.Az