Sümüklərinizi qocalana qədər sağlam və möhkəm saxlamaq
istəyirsinizsə, qidalanmanızda mütləq bu kimi məhsullar olmalıdır:
- Süd məhsulları (süd, kəsmik, pendir, xama, qatıq və s.) kalsiumun
əsas mənbəyidir. Kalsium sümüklərimiz üçün tikinti materialı
funksiyasını yerinə yetirir. Həmçinin süd məhsulları D vitamini ilə
zəngindir ki, bu vitamin kalsiumun orqanizm tərəfdən
mənimsənilməsini təmin edir.
- Süd məhsullarında əlavə ispanaq, kərəviz, kahı, çuğundur
yarpaqları, brokkoli kələmi kalsiumla zəngindir.
- Sardina, qızılbalıq, tunes, siyənək balığı sümüklər üçün vacib
olan Omeqa-3 yağlı turşular, D vitamini və fosforla zəngindir.
- Qoz, badam, araxis, günəbaxan tumları, cücərdilmiş buğda sümüklər
üçün vacib olan bir çox maddələrlə zəngindir.
- Ərik, üzüm, banan, kişmiş, əncir və əncir qurusu kaliumla
zəngindir. Bu mineral sümüklərin möhkəmləndirilməsinə kömək
edir.
- Paxlalıların (noxud, lobya, mərci) tərkibində B vitamini çoxdur.
Elmi araşdırmalar sübut edib ki, bu qrup vitaminlərin
çatışmamazlığı nəticəsində sümüklər daha kövrək olur.
Çay, qəhvə və xüsusilə şirin qazlı içkilərin (müxtəlif limonadlar,
koka-kola və s.) həddindən artıq çox miqdarda qəbulu sümüklərdən
kalsiumun yuyulmasını sürətləndirir. Spirtli içkilərin qəbulu və
siqaret çəkmək kalsiumun orqanizm tərəfindən normal
mənimsənilməsinin qarşısını alır.
Mənbə: Saglamolun.Az