Boğaz ağrısını yox edən - Təbii üsullar
Bu gün mövzumuz boğaz ağrısıdır. Havalar soyuyan kimi bu ağrı gəlib boğazımızdan yapışır. Bu zaman isə müalicə etmək üçün təbii vasitələrə ehtiyac duyuruq.

Boğaz ağrılarında istifadə etdiyimiz ən mühüm müalicə üsullarından biri limon suyu ilə qarqara etməkdir. Bu, necə edilir? Bir stəkan ilıq suya təxminən yarım ya da bir bütöv limon sıxılır. Bununla gündə 3-4 dəfə qarqara edilir.

Boğaz ağrısı üçün digər üsul xüsusilə təbii, qarışıqsız alma sirkəsinə batırılmış əski boğaza bir dəsmalla bağlanılır. Bunun həqiqətən çox faydası var. Digər tərəfdən, yaxşı olar ki, xəstənin ayaqları da sirkəli suya batırılmış əskiyə qoyulsun, istilənənə qədər orada qalsın, sonra götürülsün, ayaqlar qurulanaraq örtülsün.

Boğaz ağrısı üçün gözəl üsullardan biri də çay qaşığının ucunda sarıkök (zerdeçal), zəncəfil tozu və çox az qara bibəri bir yemək qaşığı zeytunyağı ilə qarışdırıb içmək. Xüsusilə qrip və ya angina dediyimiz tonsillit xəstəliklərində boğaz ağrısını rahatladan gözəl bir qarışıqdır.

Boğaz iltihabında tətbiq olunan faydalı bitki müalicələrindən biri də torpaqdan təzə çıxan çuğundurun suyu ilə qarqaradır.

Hər iki saatda bir boğazın çöl tərəfinə kələm yarpağı sarımaq da boğaz ağrısını yüngülləşdirir.

Duzlu su ilə qarqara etmək də boğaz ağrılarını rahatladan təbii üsullardan biridir. Bir stəkan soyuq suda bir çay qaşığı duzu əridib qarqara edirik. Amma bu duzlu su ilə qarqara uşaqlar deyil, yetkinlər üçün tətbiq olunan bir üsuldur.

Şalfey (adaçayı) bitkisi boğaz ağrılarında xüsusi bir yerə malikdir, soyuqdəymə, qrip və badamcıq infeksiyasında çox rahatlıqla istifadə edilir, diş əti, damaq və boğaz iltihablarına qarşı da çox təsirlidir. Şalfey həm qarqara edilə bilir, həm də ayrıca çay kimi də içilir. Tənəffüs sisteminə rahatlaşdırıcı təsir göstərir.

Saglamolun.Az



Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər